Fransız istehsalçılar rəfdə qalan şərabları dezinfeksiyaedici məhlullara çevirirlər.
Teleqraf.com xəbər verir ki, Fransada pandemiya səbəbindən tələb dayandıqdan sonra rəfdəki yüzlərlə şüşə şərabı etanola çevirilməsinə qərar verilib.
Fransa dövlət kənd təsərrüfatı agentliyi “FranceAgriMer”in açıqlama verib ki, epidemiya təxminən 3 milyon hektolitr şərabının satılmasını əngəlləyib. Bu il zirzəmilərdə yeni məhsullara yer açmaq üçün distillə edilmiş şərablar etanola çevrilərək, dezinfeksiyaedici maddələrin hazırlanması üçün istifadə olunacaq.
Qərarın Brüssel tərəfindən bəyənildiyi və distillə proseslərinin xərclərinin Avropa İttifaqına ödənildiyi açıqlanıb.
Şərab istehsalçılarının iyunun 19-dək dövlətə müraciət edəcəkləri və neçə litr şərabın dəyişdirmək istədikləri barədə məlumat verəcəkləri gözlənilir. İstehsalçılara coğrafi bölgə nişanı olan hər hektolitr şərab üçün 78 avro, digər şərablar üçünsə 58 avro ödəniləcək. İspaniya və İtaliyanın da oxşar təcrübəni tətbiq edəcəyi bildirilib.
Karantin tədbirləri çərçivəsində barlar, publar və restoranların bağlanması şəraba olan tələbatı dayandırıb. Xüsusilə İtaliya, İspaniya və Fransa kimi şərab istehsal edən aparıcı ölkələrdə artıqlıq problemi ortaya çıxıb.
Avropa Şərab Sənayesi və Ticarət Komitəsinin (CEEV) məlumatlarına görə, şərab bazarı 30 faiz azalıb.