Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin keçmiş lideri Petro Poroşenkonun “troll ordusu” səbəbindən sosial şəbəkələrdən, xüsusən də, Feysbukdan istifadə etməyi sevmədiyini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, prezident deyib:
“Mən sosial şəbəkələrə daxil olmuram, prinsipial olaraq Feysbuka da. Hələ “Kvartal-95”in vaxtından – Petro Alekseyeviçin troll ordusunun bizə qarşı yönəldiyi vaxtdan… Bu troll ordusu o və onun ətrafıdır”.
Bununla yanaşı, o əlavə edib ki, vaxtaşırı onun bəzi statusları Feysbukda görünür.
“Hansısa məlumatlar Feysbukda yerləşdirilir. Bəzən mənim, bəzən redaktorun hazırladığı prezidentin ofisinin məlumatları orada dərc olunur”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Zelenski ölkə ərazisində Rusiya saytlarına və sosial şəbəkələrinə qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı fərman imzalayıb.