Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində daha 5 nəfər koronavirus infeksiyasına yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumatda yoluxanlardan birinin bu yaxınlarda Rusiyadan qayıtdığı bildirilib. Onu da qeyd edək ki, Rusiyadan Qarabağa gələn 10-dan çox şəxsdə yoluxma halı qeydə alınıb.
Beləliklə, işğal bölgəsində koronavirusa yoluxanların sayı 77-ə çatıb.