Google məşhurların on minlərlə oğurlanmış lüt şəkillərini öz serverlərindən yığışdırıb.
ANS PRESS-in məlumatına görə, şirkətin açıqlmasında deyilir ki, şəkillər müvafiq müraciətin daxil olmasından sonra bir neçə saat ərzində silinib və yüzlərlə hesab bağlanılıb.
Açıqlama Hollivudun tanınmış vəkili Marti Singerin şəxsi həyata müdaxilə iddiası ilə Google-a qarşı iddia ilə çıxış edəcəyi barədə xəbərdarlığından sonra səslənir.
New York Post qəzeti Google rəhbərliyinə ünvanlanan həmin müraciətin mətnini dərc edib.
Hüquqşünas tərtib etdiyi müraciətdə Google görüntülərin yığışdırılması barədə tələbə “cəld və məsuliyyətli şəkildə” reakisya verməməkdə suçlanır.
Hakerlər tərəfindən çılpaq fotoşəkilləri yayılan məşhurlar arasında Cara Delevingne və Jennifer Laurense də olub.
Onların fotoları 4Chan saytı daxil olmaqla müxtəlif inernet səhifələrinə yerləşdirilib.
İddianın kimin adından irəli sürüləcəyi barədə məlumat verilməyib. Lakin Martin Singer ondan artıq məşhurun maraqlarını təmsil etdiyini bildirib.
Hüquqşünas qadın ulduzlara qarşı "açıq şəkildə qeyri-etik hərəkətə” görə Google-dan təzminat tələb edəcəyini bildirir.
Google şəkillərin “şəxsi həyatın toxunulmazlığını pozan “dönük yırtıcı hakerlər” tərəfindən qeyri-qanuni yolla əldə edildiyini” bilib, Singerin müraciətində deyilir.
Google başqa şirkətlər kimi mübahisəli məzmunun yığışdırılmasında mövcüd prosedurlar və istifadəçilərin müraciətlərinə əsaslandığını bildirib.
Kiberoğrular tərəfindən hədəflənən ulduzlar arasında Keyt Upton, Rihanna, Kim Kardaşyan və Meri Elizabet Uinstid də var.
Aktrisa Anna Kendrickin isə qeyri-çılpaq şəkillərinin Reddit və 4Chan saytında peyda olduğu xəbər verilir.
Singerin müraciətinə əsasən bəzi görüntülər Google şirkətinə məxsus YouTube və Blogspot saytlarına yerləşdirilib.
Google nəzarət etdiyi “YouTube”, “Blogger” və “Google+”dakı şəkillərin “icma qaydaları” prinsipinə, şəxsin həyatın toxunulmazlığı və lüt görüntülərə dair şirkət şıyasətinə zidd olduğu üçün yığışdırıldığını bildirir.