Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayaya koronavirus diaqnozu qoyulub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.
Ukraynanın birinci xanımının testinin nəticəsinin pozitiv çıxdığı və hazırda ambulator müalicədə olduğu bildirilir.
Məlumata görə, Yelena Zelenskaya ailə üzvlərindən təcrid olunub.
Vladimir Zelenski və övladlarının testi isə neqativ çıxıb.