14 İyun 2020 00:15
2 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Səudiyyə Ərəbistanı ilə yanaşı ABŞ-dan da xam neft almağa başlayıb.

Teleqraf.com-un məlumatına görə, təbii qazın qiymətinin azaldılması üçün Belarus və Rusiya arasında danışıqlar həftə ərzində nəticəsiz qalsa da, gözlənilməz xəbər neft cəbhəsindən gəlib.

Belarus Rusiyanın təklif etdiyi neft qiymətini yüksək olduğu üçün okeanın o tayına müraciət edib.

Məlumatlara görə, ABŞ Belarusa ilk daşınmanı çatdırıb. ABŞ-dan tankerlər vasitəsilə Baltik limanlarına gətirilən ilk neftin miqdarının 77 min ton olduğu bildirilir. Beləliklə, Belarus tarixdə ilk dəfə ABŞ-dan neft idxal edib.

“Texas” neftinin Belarusa daşınması 10 gün ərzində tamamlanacaq.

"ABŞ-dan neft alınması qərarı, resursların şaxələndirilməsi strategiyasının bir hissəsidir", - deyə Belarusun Xarici İşlər naziri Vladimir Makey bildirib. Saziş ABŞ Dövlət katibi Mayk Pompeonun fevralın əvvəlində Minskə səfəri zamanı imzalanıb.

Qeyd edək ki, ötən il Rusiya ilə Belarus arasındakı danışıqlar mümkün olmadıqda Aleksandr Lukaşenko digər mənbələrə müraciət edəcəklərini açıqlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər