14 İyun 2020 22:38
1 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada dövlət vəzifəsinə təyin olunması fonunda Gürcüstanla münasibətlərdə yaranan gərginliyin azalacağını gözləyirik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kluba deyib.

“Bəzi böhranlar hər bir ölkənin özünəməxsus xüsusiyyətlərinə görə yaranır. Sizi inandırıram: Gürcüstan-Ukrayna münasibətlərini heç bir şey məhv edə bilməz. Siyasi gərginlik azalacaq, bütün bunlar unudulacaq və münasibətlərimizi daha da inkişaf etdirəcəyik”, - nazir Gürcüstan tərəfinin səfirini Tiflisdə məsləhətləşmələrə çağırması qərarını şərh edərkən bildirib.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Saakaşvilini Milli İslahatlar Şurasının İcra Komitəsinin rəhbəri təyin edib. Buna cavab olaraq, Gürcüstan tərəfi səfirinin məsləhətləşmələr üçün Kiyevdən geri çağırıldığını elan edib. Lakin Gürcüstan Xarici İşlər Nazirliyinin başçısı David Zalkaliani ölkəsinin Ukrayna ilə diplomatik münasibətləri kəsmək niyyətində olmadığını vurğulayıb.

Əlavə edək ki, eks-prezident Saakaşvili 2013-cü ildə ona qarşı bir sıra cinayət işlərinin qaldırıldığı Gürcüstandan ayrılıb, ona ölkəsində qiyabi həbs cəzası verilib. Bu səbəbdən Gürcüstan hökuməti Saakaşvilini geri istəyirdi, Kiyevdə ona dövlət vəzifəsinin verilməsi ilə isə bu tələb faktiki olaraq rədd edildi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər