17 İyun 2020 11:26
3 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə İndoneziyada baş tutan bir evlilik bütün dünyada şok effekti yaradıb. Gəlinin 65, bəyin 24 yaşında olması ilə yanaşı, gəlinin bəyin ögey anası olması da müzakirə yaradıb.

Teleqraf.com xəbər verir ki, 65 yaşlı Mbah Qambrenq adlı qadın övladlığa götürdüyü 24 yaşlı Ardi Varasla evlənib.

Qambrenq verdiyi açıqlamada, övladlığa götürüləndə evlənmək kimi bir niyyətinin olmadığını bildirib: “Ona yaşının çatdığını, evlənmək vaxtının gəldiyini dedim”.

Ardi Varas bundan sonra ögey anasına gözlənilməz bir təklif verib, evlənəcəkdisə, bunu onunla etmək istədiyini bildirib.

Cütlüyün toyuna çox sayda insan qatılıb. İndoneziya ənənəsinə görə, bəy gəlinə 100 min rupi başlıq pulu verib.

Qadın Ardini ötən il övladlığa götürüb.

Təəccüb yaradan evlilik İndoneziyada bu il baş tutan və yaş fərqinin çox olduğu yeganə evlilik deyil. Fevral ayında 100 yaşlarında bir kişi 20 yaşlarında bir qızla evlənmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər