Meksikanın İquala şəhəri yaxınlığında gizli məzarlıqlarda 28 nəfərin cəsədi aşkarlanıb.
Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, altı gizli məzarlıq bir həftə əvvəl qaçırılmış tələbələrin axtarışı zamanı tapılıb.
Tələbələr təhsil islahatına qarşı etiraz aksiyalarında iştirak ediblər.
Tapılmış cəsədlər tanınmaz halda olduqlarına görə onların şəxsiyyətinin müəyyənləşdirilməsi iki ayadək vaxt aparacaq.
Qeyd edək ki, ötən həftə İquale şəhərində bir qrup silahlı vətəndaş polislərlə birlikdə etirazçı tələbələrə hücum etmişdilər. Nəticədə 6 nəfər ölmüş, 17-si yaralanmış, 57-si isə itkin düşmüşdü.