20 İyun 2020 01:16
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın müxtəlif ölkələrində WhatsApp istifadəçiləri şəbəkənin işində problemlə qarşılaşıblar.

Tele“Qafqazinfo” xəbər verir ki, bu barədə Downdetector saytı məlumat yayıb. Belə ki, istifadəçilərin 70%-i sonuncu dəfə görünmə vaxtı, 25%-i əlaqə qurmaq, 4%-i isə avtorizasiya ilə bağlı problem yaşayıb. Bu hal daha çox Böyük Britaniya, Niderland, İtaliya, Almaniya, Meksika, Rusiyada müşahidə olunub.

Azərbaycanda da istifadəçilər şəbəkənin işində problemlə üzləşiblər.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, WhatsApp bilərəkdən sonuncu onlayn olma vaxtını və istifadəçilərin bildirişlərini gizlədib. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər