23 İyun 2020 11:25
3 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adnan Menderes və dostları haqqında edam hökmü verən dövrün Ali Ədalət Məhkəməsinin qərarları ləğv ediləcək.

Teleqraf.com xəbər verir ki, Türkiyə parlamentində Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının imzaladağı təklif müzakirəyə çıxarılacaq.

Təklifdə 1960-cı il dövlət çevrilişindən sonra 27 mayda qurulan Ali Ədalət Məhkəməsinin çıxardığı qərarların ləğvi nəzərdə tutulub.

Xatırladaq ki, 1960-cı ilin 27 mayında Ali Ədalət Məhkəməsi dövlət çevrilişi ilə hakimiyyətdən olan Baş nazir Adnan Menderes, Xarici İşlər naziri Fatih Rüşdü Zorlu və maliyyə naziri Həsən Polotkan edam olunub.

AKP və MHP tərəfindən irəli sürülən bu təklif Konstitusiya Komissiyası tərəfindən artıq qəbul edilib. Təklifdə Ali Ədalət Məhkəməsi tərəfindən haqlarında araşdırma aparılan şəxslərə dəyən mənəvi zərərə görə kompensasiya müəyyənləşdirilməsi və dövlət tərəfindən ödənilməsi də nəzərdə tutulub.


Müəllif: Cavad

Oxşar xəbərlər