Mayda Rusiya prezidenti Vladimir Putin tərəfindən Amur vilayətinə buraxılan Kuzya adlı pələng çayla üzərək Çinə gedib.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, sentyabrda yem axtaran pələng Yəhudi muxtariyyətinə gedib, oktyabrın 5-də isə Amur çayı ilə üzərək Çinə keçib.
Rusiya Təbiəti Mühafizə İdarəsinin rəis mavini Vasili Qorobeykonun sözlərinə görə, o, sıx məskunlaşmanın mövcud olduğu Çin kəndində heç kimin qucağını açıb pələngi gözləmədiyindən narahatdır.
Ehtimal olunur ki, Rusiya XİN-in xətti ilə "Putinin pələngi"nin qaçması barədə Çin tərəfə məlumat verilib.
Nihad