Türkiyə və İran rəsmi qurumları türk əsgərinin şəhid olması ilə nəticələnən hadisənin araşdırılmasına başlayıb.
Teleqraf.com xəbər verir ki, İran XİN rəsmisi Abbas Musəvi türk ordusu ilə terrorçular arasında İran sərhədi yaxınlığında toqquşma baş verdiyini bildirib.
“Qərbi Azərbaycan sərhədçilərinin məlumatına görə, toqquşma zamanı İran ərazisinə də raket düşüb. Xoşbəxtlikdən itki yoxdur. Hər iki tərəfdən sərhədçilər hadisəni birgə araşdırırlar”, - o deyib.
Qeyd edək ki, bundan öncə Türkiyə Müdafiə Nazirliyi İrandan açılan atəş nəticəsində Hakkaridə bir türk əsgərinin şəhid olduğunu, digərinin yaralandığını açıqlamışdı.