25 İyun 2020 10:25
3 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Almaniya NATO-ya ödəməli olduğu maddi vəsaitin yarısından da azını verir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp alman hökumətinin NATO qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib:

“Almaniyadakı hərbi qüvvələrimizin sayını 25 minə qədər azaldacağıq. Bu qüvvələrin bir qismi ABŞ-a qayıdacaq, bir qismi də Polşa da daxil olmaqla, bir sıra Avropa ölkələrinə yerləşdiriləcək. NATO-ya ödəniş etməyən Almaniya Rusiyaya qaz üçün milyardlarla dollar verir. Biz Almaniyanı Rusiyadan qoruyacağıq?"


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər