“Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyanla əlaqəli təcavüz işinin materiallarının yayılması ilə əlaqədar cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti rəhbərinin müavini Edqar Canoyan açıqlama verib.
Cinayət işi İstintaq Komitəsinə göndərilib.
Əlavə edək ki, bundan əvvəl Sarukyan barəsində rüşvət vermə ittihamı ilə cinayət işi açılmışdı. O, ittihamları Baş nazir Nikol Paşinyanın “siyasi sifariş”i adlandırıb.