“Prezident Makron Liviyada Türkiyəyə dərs keçmək gücündə deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Fransa dövlət radiosu “France”nin direktoru Jan-Mark For deyib.
Onun sözlərinə görə, Liviya məsələsində səssiz qalması lazım olan bir paytaxt varsa, o da Parisdir.
Jurnalist Fransanın qiyamçı Haftar ordusuna hərbi dəstək verməsinə dair bir çox dəlilin olduğunu deyib: “2016-cı ildə Fransa xüsusi xidmət orqanlarının üç əməkdaşının Binqazidə öldürülməsi və ABŞ-ın sadəcə Fransaya satdığı silahların Liviyada ortaya çıxması bunlardan sadəcə ikisidir”.
For Fransa hökumətinin Haftarı dəstəkləməsinin hüquqi cəhətdən araşdırılmasının vacib olduğuna diqqət çəkib.
O, Fransadan fərqli olaraq, Türkiyənin BMT tərəfindən tanınan hökumət qüvvələrinə dəstək verdiyini də bildirib: “Bu məsələdə Ankara Parisdən daha çox beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir. Yəni Liviyada təhlükəli oyun oynayan Fransadır. Fransa yanlış ata oynadı – Haftara dəstək verməklə uduzdu”.
Fransız jurnalist Avropa İttifaqının Suriyada olduğu kimi, Liviyada da oyundan kənarda qaldığını qeyd edib: “Liviyada artıq iplər Rusiya və Türkiyənin əlindədir. Başqa sözlə, Fransanın indiyədək Liviyada yürütdüyü siyasət fiaksoya uğradı. Bundan qüurur duymaq üçün bir səbəb yoxdur”.