ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarda koronavirus vaksininin cari ilin sonuna kimi hazırlanacağını nəzərdə tutur.
Teleqraf.com xəbər verir ki, bu barədə o, seçicilərlə “Fox News" telekanalı tərəfindən təşkil edilmiş görüşdə bildirib.
Prezidentdən ABŞ-da COVID-19 vaksininin hazırlanmasının hansı mərhələdə olduğu soruşulub. "Mən düşünürəm ki, bizdə bu məsələyə cavab çox sürətli olacaq. Düşünürəm ki, bu, hətta cari ilin başa çatmasına qədər olacaq", - dövlət başçısı cavab verib.
ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa demək olar, 2,4 milyon yoluxma qeydə alınıb, təhlükəli infeksiyadan 122,1 mindən çox insan ölüb.
ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.