“ABŞ Beynəlxalq Valyuta Fondunun İrana kredit ayırmasına mane olmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli deyib.
Diplomat hesab edir ki, BVF-nin İrana verəcəyi kredit ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiyaları zəiflədəcək və qurum buna cavab vermək məcburiyyətində qalacaq.
Nikki Heylinin sözlərinə görə, İran fonddan alacağı pulları bölgədə ABŞ və müttəfiqlərinin əleyhinə istifadə edə bilər. ABŞ Prezidenti Donald Tramp da bundan əvvəl İrana kredit ayıracağı təqdirdə, BVF-ya ayrılan maddi dəstəyi dayandıracağını açıqlamışdı.