Çinin cənuq-şərqindəki Yunan əyalətində baş verən zəlzələ zamanı yaralananların sayı 324 nəfərə çatıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib.
Rəsmilər dünən yerli vaxtla 21:49-da Puer şəhərinin Jinggu rayonunda baş verən, episentri 5 kilometr dərinlikdə olan zəlzələ zamanı 92700 nəfərin ziyan çəkdiyini bildirib. Xilasedicilər 56880 nəfəri evakuasiya etməyə müvəffəq olub.
Qeyd edək ki, ilkin məlumatlarda 3 nəfərin xəsarət aldığı və 1 nəfərin öldüyü bildirilirdi.
Samir