3 İyul 2020 12:48
1 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin mərhum komediya ustası, aktyor Kamal Sunalın sosial şəbəkədə yayılan fotosu maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, sözügedən fotoda Kamal Sunal Türkiyənin mərhum lideri Kənan Evrənlə birgə əks olunub.

Məlum olduğu kimi, bu gün Türkiyənin ən böyük komediya ustası sayılan Kamal Sunalın ölümündən 20 il ötür. Bir çox filmdə yaratdığı Şaban xarakteri ilə məşhurlaşan mərhum aktyorun 31 il əvvəl çəkilmiş fotosu isə müzakirələrə səbəb olub.

Mərhum Prezident Kənan Evrən Çankaya Köşkündə Yeni İl mərasimi təşkil edib. Usta sənətçi Kamal Sunal da bayram tədbirinə qatılan məşhur simalar arasında yer alıb.

Fotonu təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu