6 İyul 2020 09:05
2 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa qarşı avifavir dərmanının sınaqdan keçirilməsindən xəbərdarıq. İki-üç dərman var ki, onlardan nəticə gözləyirik. Bundan başqa, rusların üzərində işlədikləri vaksinlə də maraqlanırıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumiya Svaminatan deyib.

Onun sözlərinə görə, ÜST Rusiyanın COVID-19-a qarşı tibbi dərman və test həmrəyliyi proqramına daxil olacağına ümid edir.

ABŞ, Böyük Britaniya, Çin və Fransanın birləşdiyi proqramda Rusiya iştirak etmir.

Rusiya COVID-19-a qarşı vaksini ilkin mərhələdə uğurla sınaqdan keçirdiyini bildirib.


Müəllif: Mahir

Oxşar xəbərlər