9 İyul 2020 15:58
2 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kreml Avstriyada bir çeçen bloqqerin öldürülməsi ilə Ramzan Kadırov arasında əlaqə görmür: Çeçenistan rəhbərinin bununla heç bir əlaqəsi yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu hadisə barədə mediada yayılan məlumatlardan bilirik. Daha ətraflı məlumatımız yoxdur. Bu, Avstriya ərazisində baş verib və öldürülən vətəndaşın uzun müddət Avstriyada mühacirətdə olduğunu bilirik. Onun hüquqi statusu nədir - qaçqın və ya Avstriya vətəndaşı, bilmirik”, - Peskov söyləyib.

Prezident Putinin Kadırovla bu barədə danışıb-danışmadığına dair suala cavab verən Peskov deyib: “Yaxşı, Ramzan Kadırovun bununla nə əlaqəsi var? Əgər Avstriyada öldürülən şəxs çeçendirsə, dərhal Kadırov haqqında danışmaq lazımdır? Görürsən, məntiqsizdir”.

Bundan əvvəl Avstriya polisi Rusiyadan olan bir şəxsin Gerasdorf şəhərində öldürüldüyünü açıqlayıb. Bir Rusiya vətəndaşı şübhəli şəxs qismində saxlanılıb. Avstriya mediası qatilin Çeçenistandan gəldiyini yazıb və bunun sifarişli qətl olduğunu iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər