Çin daha bir rabitə peykini - APSTAR-6D-ni orbitə çıxarıb.
Teleqraf.com xəbər verir ki, iyulun 9-da yerli vaxtla saat 20:11-də Siçanq buraxılış məntəqəsindən peyki orbitə aparan "Long March-3B" raketdaşıyıcısının buraxılışı olub. APSTAR-6D- kommersiya peykini Çin Kosmik Texnologiyalar Akademiyası ilə Çin kosmos elmləri və texnologiyaları korporasiyasının mütəxəssisləri hazırlayıblar. "APT Mobile SatCom" şirkəti üçün istehsal edilmiş peyk təyyarə, gəmi və avtomobillər üçün genişzolaqlı telekommunikasiya xidmətləri göstərəcək.
Qeyd edək ki, bu, "Long march" seriyasından 339-cu raketin buraxılışı olub.