“İrana silah embarqosu uzadılmasa, Tehran Yaxın Şərqdəki peyklərini daha da gərginləşdirəcək, daha da güclü zərbə sistemləri ilə təmin edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft deyib.
Onun sözlərinə görə, İrana silah tədarükü yalnız ABŞ-ın müttəfiqlərinin deyil, həm də bölgədəki Amerika qüvvələrinin təhlükəsizliyini təhdid edir. Eyni zamanda, Kraft, Donald Tramp administrasiyasının İrana tətbiq olunan embarqonu uzatmaq üçün əlindəki bütün vasitələrdən istifadə etdiyinə inandığını söyləyib.
“Yalnız İran xalqı üçün deyil, həm də Yaxın Şərq, bütün dünya üçün, bölgədə yerləşdirilən ABŞ hərbçiləri üçün bu qədər böyük bir təhlükə var. Bu gün nələrin baş verəcəyini hamı bilir”, - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vurğulayıb.
Kelli Kraft İranı terror təşkilatlarını silahlandırmaqda ittiham edib.
O, ABŞ-ın adından İran əleyhinə embarqonun uzadılması üçün BMT Təhlükəsizlik Şurasındakı “döyüşdə” qalib gələcəkləri sözünü verib.
ABŞ bu il oktyabrın 18-də başa çatan İrana silah embarqosunu uzatmaqda israr edir. BMT Təhlükəsizlik Şurasında veto hüququ olan iki daimi üzv - Rusiya və Çin qəti şəkildə buna qarşı çıxır.