18 İyul 2020 18:33
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt əmiri Sabah əl-Əhməd əl-Caber əs-Sabah tibbi müayinədən keçmək üçün xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “KUNA” agentliyi əmirlik dəftərxanasının naziri Əli əl-Cərrah əs-Sabaha istinadla məlumat yayıb.

“Zati-aliləri, Küveyt əmiri Sabah əl-Əhməd əl-Caber əs-Sabah şənbə günü bir neçə tibbi müayinədən keçmək üçün xəstəxanaya qaldırıldı”, – deyə o bildirib. Nazir qeyd edib ki, əmir özünü yaxşı hiss edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər