Rusiya hərbi qüvvələrinin qəfil genişmiqyaslı yoxlama tədbirlərinin Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlılığı yoxdur.
Teleqraf.com "TASS"a istinadla xəbər verir ki, bu sözləri nu Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.
Fomin Rusiya ordusunun həyata keçirdiyi təlimlərin Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə əlaqəsini qəti surətdə rədd edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Cənub və Qərb hərbi dairələri qoşunlarının qəfil yoxlanılması barədə göstəriş verib. Qəfil yoxlanışa 149 755 nəfər şəxsi heyət, 26 820 silah və hərbi texnika, 414 uçuş aparatı, 106 hərbi gəmi cəlb olunub. Yoxlama zamanı qoşunlarla taktiki səviyyədə 56 təlimin keçirilməsinə baxılacaq. Bunlar 35 poliqon və təlim meydançaları, Qara və Xəzər dənizləri akvatoriyasının 17 dəniz poliqonunda olacaq.