9 Oktyabr 2014 15:50
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi Türkiyənin Suriyada təhlükəsiz bufer zonanın yaradılması təklifinin gündəmdə olmadığını açıqlayıb.

Teleqraf.com cumhuriyet.com-a istinadən xəbər verir ki, bunu Pentaqon sözçüsü kontradmiral Con Kirbi keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, belə bir zonanın yaradılması mümkün deyil: “Bu yeni məsələ deyil. Hərbi həlldə belə bir variant yoxdur. Davam edən müzakirələrdə bu məsələ gündəmdə ola bilməz”.

Xatırladaq ki, ABŞ xarici işlər naziri Con Kerri ingilis həmkarı Filip Hammond ilə Vaşinqtonda keçirdiyi mətbuat konfransında Türkiyənin təklifinin uzun müddətdir müzakirə edildiyini bildirib. O qeyd edib ki, bu məsələnin araşdırılması vacibdir.

Samir


Müəllif:

Oxşar xəbərlər