24 İyul 2020 18:29
2 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İsraillə sərhəd bölgəsi yaxınlığında partlayış səsləri eşidilib. Hadisə nəticəsində İsrailə məxsus mülki bina və avtomobilə zərər dəyib.

Teleqraf.com xəbər verir ki, bu açıqlamanı İsrail ordusu yayıb. Suriya tərəfi isə mövzuya dair hər hansı bir açıqlama verməyib.

Qeyd edək ki, ötən gün İsrail ordusu Livanla sərhəddəki mövqelərini gücləndirmək üçün əlavə hərbi personal göndərdiyini açıqlayıb. Bu qərar Suriya paytaxtı Dəməşqdə yerləşən hava limanı yaxınlarına endirilən zərbə nəticəsində biri Hizbullah üzvü olmaqla, 5 nəfərin öldürülməsindən sonra verilib.
Bəşər Əsəd isə Dəməşq yaxınlarındakı hava limanına hücumun İsrail tərəfindən edildiyini bəyan etmişdi.

Xatırladaq ki, İsrail Suriyada daxili müharibənin başladığı 2011-ci ildən bu yana sistematik olaraq Suriyadakı İran tərəfindən idarə olunan silahlı qruplara və rejimin hərbi bazalarına hücumlar həyata keçirir.


Müəllif: Cavad

Oxşar xəbərlər