Türkiyədə son sutka ərzində 1103 xəstə koronavirusdan sağalıb, 921 nəfər infeksiyaya yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün Tvitter səhifəsində məlumat verib.
Onun sözlərinə görə, COVID-19-dan 17 nəfər həyatını itirib.
Qeyd edək ki, Türkiyədə indiyədək 225 173 nəfər yeni növ koronavirusa yoluxub, onlardan 208 477 nəfər müalicə olunaraq evə buraxılıb.