28 İyul 2020 21:37
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Twitter” sosial şəbəkəsi ABŞ prezidenti Donald Trampın oğlu Donald Conun öz hesabından paylaşım etməyi müvəqqəti olaraq məhdudlaşdırıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb onun öz səhifəsində COVID-19 haqqında yalan məlumat yaymağıdır.

Qeyd edək ki, bundan əvvəl canlı yayım platforması olan “Twitch” ABŞ prezidenti Donald Trampın hesabını nifrət təşviq etdiyinə görə müvəqqəti bloklayıb.

“Twich” platforması dünyanın ən varlı şəxsi olan Jeff Bezosa məxsusdur. Tramp administrasiyası isə 2019-cu ildə “Twich”də hesab yaradıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər