29 İyul 2020 19:24
2 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

YPG/PKK terrorçuları bir həftə əvvəl Suriyanın deyr əz-Zor bölgəsinin Maşəh kəndində Xalid Haməd əl-Ani adlı gənci neft oğurlamaq ittihamı ilə saxlayıb.

Teleqraf.com xəbər verir ki, gənc terrorçular tərəfindən Kisrə həbsxanasına aparılıb.

YPG/PKK terrorçuları işgəncə verərək həyatına son qoyduqları 20 yaşlı şəxsin ölümünə dair heç bir səbəb göstərmədən cəsədini ailəsinə təhvil veriblər.

Terror təşkilatı bundan əvvəl – iyulun 20-də pul üçün girov götürdüyü 26 yaşlı gənci də eyni qayda ilə öldürmüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər