Son sukta ərzində Çində yeni növ koronavirusa 105 yoluxma halı qeydə alınıb. Eləcə də 21 simptomsuz daşıyıcı aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
Son 24 saat ərzində ölüm hadisəsinin qeydə alınmadığı, xəstəliyə yeni yoluxma hallarının üçünün idxal olunduğu bildirilir.
Qeyd edək ki, iyulun 29-da Çində yeni növ koronavirusa 101 yoluxma, həmçinin, 27 asimptomatik daşıyıcı aşkar edilmişdi.