30 İyul 2020 18:28
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurban Bayramı ərəfəsində Türkiyədə qanlı terror hazırlığında olan 9 İŞİD üzvü saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Terrorla Mübarizə İdarəsinin qrupları Diyarbəkirdə terror hazırlıqlarında olan şəxsləri həbs edib.

Saxlanılan şəxslərin mənzillərində aparılan axtarış zamanı tapança, ov tüfəngləri, partlayıcı maddə və sənədlər ələ keçib.


Müəllif: Cavad