31 İyul 2020 11:18
3 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donbas münaqişəsinin həlli üzrə təmas qrupundakı danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, ölkənin ilk prezidenti Leonid Kravçuk münaqişənin həlli üçün güzəştə getməyə hazır olduğunu söyləyib.

Teleqraf.com-un xəbərinə görə, sabiq prezident bəyan edib ki, əsas missiya müharibəni sona çatdırmaqdır:

"Təki Ukraynada sülh hökm sürsün. Biz sülh içində yaşayaq - qan tökülmədən, dəhşətlər, itkilər, dağıntılar olmadan. Mənim missiyam olduğu kimi qalır: Donbasda və Ukraynada əmin-amanlıq olsun. Mən bunun üçün bacardığım hər şeyi edəcəyəm. Güzəştə gedəcəyik”.

Sabiq prezident hansı güzəştlərdən söhbət getdiyini dəqiqləşdirməyib.

Donbasın xüsusi statusu məsələsinə toxunan Leonid Kravçuk qeyd edib ki, o, ümumi sözlərdən konkret hərəkətlərə keçidin tərəfdarı kimi çıxış edəcək: “Bu, orada yaşayan insanlara faydalı bir idarəetmə olacaq və insanlar öz torpaqlarının sahibi olduqlarını hiss edəcəklər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər