Ötən gün Yəmənin paytaxtı Sananın Təhrir meydanında baş verən partlayış yaxınlıqdakı təhlükəsizlik kameraları ilə görüntülənib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Şiə Ensarullah Hərəkatı (Husi) üzvlərinə qarşı törədilən partlayış nəticəsində 47 nəfər ölüb, 75 nəfər ağır yaralanıb. Görüntülərdə hökumət əleyhinə nümayişə qatılmaq istəyən onlarla Husi tərəfdarının meydana toplaşdığı və 8 polis işçisi tərəfindən yoxlanıldığı əks olunur. Daha sonra isə bir kamikadzenin onlara yaxınlaşaraq özünü partlatdığı görünür.
Xatırladaq ki, Husilərin lideri Abdulməlik Əl-Husi prezident Abdurabbu Mansur Hadi tərəfindən yeni təyin olunan baş nazirə qarşı aksiyalara davam edəcəklərini açıqlayıb.
Samir