31 İyul 2020 14:00
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçicilərin səs verməməsi üçün əlindən gələni edənlər var.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Barak Obama deyib.

Qeyd edək ki, hazırkı prezident Donald Tramp noyabrın 3-də keçiriləcək prezident seçkilərini təxirə salınmasını istəyib.

Donald Trampın adını çəkməyən Barak Obama "Səsvermə haqları" Qanununu yeniləməyə çağırıb. O, 1965-ci ildə qəbul edilən qanunun sonrakı dövrlərdə yenilənmiş formada Konqresdə həm republikaçıların, həm də demokratların dəstəyini aldığını xatırladıb:

“Hakimiyyətdə səsvermə mərkəzini bağlayıb şəxsiyyəti məhdudlaşdıran qanunlarla azlıqları və tələbələri hədəfə almaq, hətta poçt xidməti vasitəsilə veriləcək səslərlə bağlı poçt xidmətini çaşdıraraq insanların səs verməsinini əngəlləməyə çalışan şəxslər var”.


Müəllif: Cavad

Oxşar xəbərlər