31 İyul 2020 23:13
3 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki terrorçu rejimin “xarici işlər naziri” Masis Mayilyan İrəvana çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda Mayilyanın İrəvanda Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşdüyü bildirilib.

Görüşdə işğal bölgəsindəki son durumun müzakirə olunduğu deyilib. Görüş haqda əlavə məlumat verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər