4 Avqust 2020 11:42
3 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulmağa tələsməyə ehtiyac duymur.

Teleqraf.com xəbər verir ki, bu barədə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizodə keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Tacikistan hökuməti hazırda digər ölkələrin təcrübəsini öyrənməklə yanaşı, AİB-ə üzv olmağın müsbət və mənfi cəhətlərini də qiymətləndirir.

İqtisadi İnkişaf Nazirliyinin rəhbəri respublikanın birliyə üzv olması ilə bağlı qərarın yalnız diqqətlə öyrənildikdən və təhlil edildikdən sonra veriləcəyini qeyd edib.

Nazir bildirib ki, Avrasiya İqtisadi Birliyinə üzv olmaq qərarı hələ qəbul edilməyib və Tacikistan hakimiyyətinin qərarının nə vaxt açıqlanacağı məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu