Ötən sutka ərzində Ukraynanın şərqində separatçıların açdığı atəş nəticəsində 3 dinc sakin həlak olub, 5-i isə ağır yaralanıb.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Donetsk şəhər şurasının məlumatında deyilir. Sakinlərin dediyinə görə, şəhərdə gərgin vəziyyət hökm sürür. Kiyev rayonunun şimal hissəsində tez-tez atışma və partlayış səsləri eşidilməkdədir.
Atışmalar nəticəsində 10 evə və 3 köşkə ciddi ziyan dəyib.
Samir