10 Oktyabr 2014 15:14
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya heç vaxt Avropa Birliyinin rəqibi olmayıb.

Teleqraf.com Belarus mediasına istinadən xəbər verir ki, bunu bu gün Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçıları şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzi tərəfdaşlar Rusiya ilə əməkdaşlığı zəruri saymır:

“Biz özümüz də əməkdaşlıq etmək istəyirik. Razılaşdırmaların şərtləri ilə bağlı bəzi suallar meydana çıxır. Əsas problem Rusiyada deyil, tərəfdaşlarımız Rusiya ilə əməkdaşlıqları zəruri saymır”.

Putin azad ticarət zonasının yaradılmasına da diqqət çəkib: “Biz düşünməliyik ki, Avropada tərəfdaşlarımız tərəfindən imzalanmış bu sənədlər bizə nə kimi təsir göstrəcək. Əgər bununla bağlı vaxtında düşünsəydik heç bir problem olmazdı. Biz MDB dövlətləri ilə azad ticarət zonasının yaradılması haqqında birgə müzakirələr etməyə hazırıq”.

Samir


Müəllif:

Oxşar xəbərlər