6 Avqust 2020 11:06
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda daha 233 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 39 819-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 772-yə çatıb. İndiyədək 31 556 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 7 263 aktiv koronavirus xəstəsi var./report/


Müəllif: Teleqraf.com