Rusiyanın Həştərxan vilayətindəki “"Kapustin Yar” təlim poliqonunda “İskəndər-M” komplekslərinin atdığı raketlərin görüntüləri “Zvezda” telekanalı tərəfindən yayımlanıb.
Teleqraf.com xəbər verir ki, görüntülərdə komplekslərin ekipajlarının atəşə hazırlığı, həmçinin şərti düşmənin obyektlərinə kütləvi raket zərbəsi vurulduğu əks olunub.
Təlim zamanı ekipajlar Qərb mütəxəssislərinin “cəhənnəm raketi” adlandırdıqları “İsgəndər-M” kompleksini döyüşə hazırlamaq qabiliyyəti yoxlanılıb. Hədəfləri aşkar etmək üçün “Orlan-10” pilotsuz uçuş aparatları havaya buraxılıb.
Pilotsuz təyyarələr şərti hədəflərin məhv edilməsinə obyektiv nəzarət də həyata keçiriblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, 90 kilometr məsafədə yerləşən bütün şərti hədəflər yüksək dəqiqliklə vurulub.
Alman mediası bundan əvvəl Rusiyanın “S-500” hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirdiyini iddia etmişdi.