7 Avqust 2020 10:09
4 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yarım vedrə “Zubrovka” arağı içə bilərəm. Amma iki halda: prezident həmkarlarla və qadın kampaniyasında..."

Teleqraf.com xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalist Dmitri Qordonun Youtube-kanalına verdiyi müsahibə zamanı deyib.

“Yarım vedrə içə bilərəm, amma gərək sonra “dəfn ediləm”... Mən yalnız iki halda içirəm. Birincisi, prezidentlər toplaşanda. Mənim ən yaxşı dostum, “Təxribatçı” deyə çağırdığım Nursultan Nazarbayevdir. O oturur və bilir ki, mən artıq içə bilmirəm. Onların vaxtında olduğu kimi – Siyasi Büro üzvləri… Qədəhi doldurur və deyir: Yaxşı, Saş, bəlkə bir az?”, – deyə Lukaşenko bəyan edib.

Lukaşenkonun sözlərinə görə, qadın məclisində də içə bilər: “Hansısa kral kimi oturmayacaqsan. Axı sən prezidentsən. Qadınlar içir, mən oturub içkisevməz görüntüsü yaradacam?...”


Müəllif: Səxavət

Oxşar xəbərlər