7 Avqust 2020 15:27
2 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp “TikTok” və “WeChat”ın fəaliyyəti ilə bağlı qərar verib.

Teleqraf.com-un xəbərinə görə, Tramp “TikTok”un sahibi Byte Dance və “WeChat”ın sahibi Tencentin ölkəsində fəaliyyət göstərməsini qadağan edən qərarı imzalayıb.

Qərara görə, hər iki şirkətin ABŞ-da fəaliyyəti 45 gün ərzində başa çatacaq.

Qanun “TikTok”un ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya bölgüsünü satmaq üçün Microsoftla danışıqlar apardığı bir vaxtda qəbul edilib.

Qadağanın həcmi hələ ki bəlli deyil. ABŞ-ın Ticarət naziri Uilbur Ross qadağanın dəqiq həcminin 45 gündən sonra təyin ediləcəyini bildirib.

Qeyd edək ki, “TikTok” və “WeChat” tətbiqetmələrində böyük təhlükəsizlik boşluğunun olduğu və istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşdığı iddia edilir. “TikTok” isə bu iddiaları rədd edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər