ABŞ Prezidenti Donald Tramp Moskvanın onun ikinci müddətə yenidən seçilməsini istəmədiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, o, heç kimin Rusiya kimi sərt olmadığını da iddia edib.
“Rusiyanın ABŞ prezidenti postunda görmək istədiyi son şəxs Donald Trampdır”, - Ağ Ev rəhbəri bildirib. Onun fikrincə, Rusiyanın xoşuna gəlməyən uğurları arasında Trampın silahlı qüvvələri gücləndirməsi, NATO-nun xərclərini artırması, habelə Rusiyanın qaz boru kəmərlərinə qarşı sanksiyalar tətbiq etməsi kimi amillər var. Eyni zamanda, Tramp Çinin də yenidən seçilməsini istəməməsinə dair fikirlərini bildirib.