10 Avqust 2020 19:08
4 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Baş naziri Kiryakos Miçotakis Türkiyənin Aralıq dənizindəki fəaliyyətlərini Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mikellə müzakirə edib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin bölgədəki addımlarının narahatlıq yaratdığını iddia edən yunan nazir Avropa İttifaqından kömək istəyib.

O, bu məqsədlə NATO Baş katibi Yens Stoltenberqlə də danışacağını açıqlayıb.

Yunanıstan Xarici işlər naziri Nikos Dendias isə bu məsələni cənubi kiprli həmkarı Nikos Xistodulidis və misirli həmkarı Sami Şükrü ilə müzakirə edib.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger də açıqlama verərək, Türkiyənin Aralıq dənizinin şərqindəki karbohidrogen araşdırmalarını narahatlıqla izlədiklərini deyib: “Yunanıstan və Türkiyəni dialoqu davam etdirməyə çağırırıq. Bu, yanlış siqnaldır. Təktərəfli atılan addımlar bizi irəli aparmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər