11 Avqust 2020 13:20
2 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarusda etirazlar bir neçə ay davam edə bilər, bunun müddəti belarusluların mübarizəni davam etdirməyə nə dərəcədə qərarlı olmalarından və hər hansı bir kənar dəstəyin olacağından asılı olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko deyib.

“Etirazlar davam edəcək, çünki Belarusda görünməmiş siyasi-ictimai fəallıq oyanıb. Belaruslular mübarizəni davam etdirməyə qəti qərarlıdırlar və bir növ Rusiya və ya Qərbdən xarici dəstək olacağı təqdirdə, bu müqavimət çox uzun müddət davam edə bilər, çünki indi Belarusda minlərlə etirazçının meydanda olduğunu görürük. Artıq jurnalistlər də daxil olmaqla, bir neçə min insan həbs olunub”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu