Son sutka ərzində Hindistanda yeni növ koronavirus infeksiyası COVID-19-a 66999 yeni yoluxma aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə NDTV telekanalı Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər yayıb.
Qeyd edilir ki, bu, pandemiyanın başlanmasından bəri ən yüksək gündəlik artımdır.
Ümumilikdə ölkədə təxminən 2,4 milyon koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
Bundan əlavə, Hindistanda sutka ərzində COVID-19-la əlaqəli 942 ölüm hadisəsi qeydə alınıb, ölkədə virus qurbanlarının ümumi sayı 47 033-ə çatıb.
Hindistanda koronavirusdan sağalanların ümumi sayı təxminən 1,7 milyon nəfərdir. Daha əvvəl Hindistanın Daxili İşlər naziri Amit Şahın COVID-19-a yoluxmaqla əlaqədar olaraq xəstəxanaya yerləşdirildiyi məlum olmuşdu.