ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) digər ölkələrə 62 milyard dollar həcmində F-16 qırıcı təyyarələrinin satışını təsdiqlədiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, açıqlamada 90 ədəd qırıcının satıldığı bildirilir.
Ölkələrin adı çəkilməsə də, müqavilə kodlarına əsasən 66 təyyarənin Tayvana, digərlərinin isə Mərakeşə satıldığı ehtimal edilir.
ABŞ qırıcı təyyarə istehsalçısı "Lockheed Martin" şirkəti digər ölkələrə daha 400 F-16 təyyarəsi satmağı hədəfləyir.