Almaniya Xarici İşlər naziri Hayko Maas Liviyaya gəlib.
Teleqraf.com xəbər verir ki, ölkənin baş diplomatının paytaxt Tripoliyə güllə keçirməyən jilet geyinərək gəlməsi diqqətdən yayınmayıb. Nazirin Tripolidə bir sıra görüşlər keçirəcəyi bildirilib.
Əlavə edək ki, Hayko Maasdan əvvəl Türkiyə Müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər də Liviyaya gəlib.